Bu il AMADA beynəlxalq federasiyaların sifarişi əsasında 332 test təşkil edib

26 Dekabr, 13:55 Sosial mediada paylaşın:
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) cari ildə ölkə idmançılarının bioloji pasportlarının sayını 51-dən 80-ə çatdırıb.
Bu sözləri dekabrın 26-da təşkil olunan mətbuat konfransında AMADA-nın rəhbəri Şəfəq Hüseynli deyib.
O bildirib ki, milli test proqramındakı testlərdən başqa, 2019-cu ildə AMADA beynəlxalq federasiyaların sifarişi əsasında keçirdiyi testlərin də sayını artırıb.
Agentlik cari ildə 332, ötən il 101, 2017-ci ildə isə 207 belə test keçirib.

CANLI YAYIM