Bədii gimnastlarımız Belçikada “GymGala” şousunda çıxış ediblər

19 Dekabr, 17:03 Sosial mediada paylaşın:
Belçikanın Antverpen şəhərində ənənəvi “GymGala” şousu təşkil edilib.
Azərbaycan Gimnastika Federasiyasına verilən məlumata görə hər il olduğu kimi bu il də şouya müxtəlif gimnastika növləri üzrə dünya, Avropa mükafatçıları, həmçinin Olimpiya ulduzları qatılıblar.
İştirakçılar arasında Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası da yer alıb. Komandamız artıq neçə ildir ki, gimnastika aləminin məşhur simalarının toplaşdığı bu şouya dəvət alır.
Narın Qurbanova, Veronika Qudis, Darya Sorokina, Məryəm Səfərova və Yelizaveta Luzandan ibarət qrup komandası tədbirin hər iki günündə 4 min tamaşaçının toplaşdığı Lotto Arenada öz gözoxşayan çıxışlarını nümayiş etdiriblər.