Nihat Məmmədli dünya üzrə ilin ən yaxşı yunan-Roma güləşçisi seçilib

18 Dekabr, 13:10 Sosial mediada paylaşın:
Nihat Məmmədli Dünya Güləş Birliyi (UWW) tərəfindən ilin ən yaxşı yeniyetmə yunan-Roma güləşçisi seçilib. 
55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş yeniyetmələrin dünya çempionatında fəxri kürsünün ən üst pilləsinə qalxıb. Məmmədli İtaliyanın Faenza şəhərində yeniyetmələr arasında Avropa çempionatında da eyni uğurla yadda qalıb.