Sanya: “Arsenal” futbol klubu yox, sirk tamaşasıdır"

16 Dekabr, 12:19 Sosial mediada paylaşın:
Bakari Sanya “Arsenal”ı tənqid edib.
İspaniyanın “El Mundo Deportivo” nəşrinə açıqlama verən londonluların sabiq müdafiəçisi olduqca sərt açıqlamaları ilə yadda qalıb: “Arsenal” futbol klubu yox, sirk tamaşasıdır. Başa düşmək olmur ki, bu klubu kim idarə edir, qərarları kim verir?! Komandanın üzvləri meydanda inamsız şəkildə mübarizə aparır. Onlar növbəti oyunda komandaya hansı məşqçinin rəhbərlik edəcəyini də bilmir. Çox çətin vəziyyət yaranıb. Sabitliyi qaytarmaq üçün komandaya çox yaxşı bir məşqçi gətirmək lazımdır. “Arsenal”ın Özil və Pepe kimi əla oyunçuları var. Hamı deyir ki, belə müdafiəçilər bu kluba layiq deyil, amma hər şey oyunçuya verəcəyin dəstəkdən asılıdır”.
Xatırladaq ki, Sanya 2007-2014-cü illər aralığında “Arsenal”ın şərəfini qoruyub. O, “topçular”ın heyətində 285 oyun keçirib.

CANLI YAYIM