Eto`O: "Messi Cənubi Amerikanın ona səs verməsinə görə "Qızıl top"u qazandı"

16 Dekabr, 12:09 Sosial mediada paylaşın:
  Samuel Eto`O Sadio Maneni “Qızıl top”u qazanmamasına görə afrikalıları günahlandırıb.
Mətbuata açıqlama verən Kamerun millisinin sabiq hücumçusu bunları söyləyib: “Sadio “Qızıl top” mükafatını qazansa idi, heç kim bunun ədalətsiz olduğunu söyləməyəcəkdi. Messi Cənubi Amerikanın ona səs verməsinə görə bu mükafatı qazandı. Van Diyk ikinci yeri tutubsa, deməli avropalılar ona səs verib. Ancaq afrikalılar seçimini Mane üzərində etməyib. Bu böyük problemdir. Ümumiyyətlə, bir afrikalı digər afrikalını sevmir. Biz öz-özümüzün ayağının altını qazıyırıq. “Qızıl top” mükafatında avropalı və cənubi amerikalıların hegemonluğuna son qoymaq üçün afrikalılar birləşməlidir”.
Xatlırladaq ki, “Liverpul”un futbolçusu Sadio Mane “Qızıl top”un səsverməsində 4-cü yerə çıxıb. O, Lionel Messi, Vircil van Diyk və Kriştiano Ronaldodan geri qalıb.

CANLI YAYIM