Vladimir Kliçko karyerasını bərpa etmək istəyir

16 Dekabr, 10:53 Sosial mediada paylaşın:
Vladimir Kliçko növbəti dəfə karyerasını bərpa edəcəyinə işarə vurub.
Superağır çəkidə sabiq dünya çempionu özünün şəxsi “Twitter” hesabından “icazə verin rinqə qayıtmaqla sizi əyləndirim, siz bunu istəyirsizsə, paylaşımımı bəyənə və ya tam əksi, heç nə etməyə bilərsiz” yazısını paylaşıb.  Mütəxəssislər ukraynalı boksçunun karyerasını bərpa edəndən sonra Deontey Uaylder, Entoni Coşua və ya Tayson Füridən biri ilə döyüşə biləcəyini söyləyir.  
Məsələ ondadı ki, səsvermədə iştirak edən azarkeşlər də Kliçko üçün bu 3 rəqib arasında seçim edib. Ən çox səsi də Tayson Füri toplayıb. İkinci variant kimi Deontey Uaylderin adı çəkilibsə, ən az səs isə Entoni Coşuayla mümkün döyüş üçün gəlib.

CANLI YAYIM