Zidan: "Barsa" bir gün artıq dincələcək? Təqvimi mən tərtib etmirəm"

15 Dekabr, 11:14 Sosial mediada paylaşın:
“Real”ın baş məşqçisi Zinəddin Zidan “Barselona”nın “El Klasiko”ya hazırlıq ərəfəsində bir gün artıq dincələcəyinə görə narahat deyil.
Belə ki, katalonlar la liqada son oyununu şənbə, madridlilər isə bazar günü keçirir. Bu da o deməkdir ki, “Barsa” istirahət üçün əlavə bir gün qazanır.
“Valensiya” ilə oyunan öncə açıqlama verən fransalı mütəxəssis bunları söyləyib: “La Liqanın təqvimi əvvəlcədən tərtib olunub. Bu təqvimi də mən hazırlamışam. Onu dəyişə bilmərik. Ona görə də, bu qrafikə hörmət etməliyik”.

CANLI YAYIM