Lempard Kepadan narazıdır

15 Dekabr, 09:20 Sosial mediada paylaşın:
Frenk Lempard yayda “Çelsi”yə yeni qapıçı alınmasını istəyir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Məsələ ondadı ki, Lempard Arrisabalaqanın çıxışından razı deyil. Bu da o deməkdir ki, yeni qapıçı transfer olunacağı halda, Kepa əsas heyətdə yerini itirəcək. Xatırladaq ki, ispaniyalı qapıçı 2018-ci ildə 80 milyon avroya “Atletik”dən transfer olunaraq dünyanın ən dəyərli qapıçısı statusunu əldə etmişdi.
Bu mövsüm Arrisabalaqa “Çelsi”nin heyətində keçirdiyi 17 oyunda qapısında 25 qol görüb. Onunla müqavilə müddəti 2025-ci ilin yayında başa çatır.

CANLI YAYIM