Şumaxerin oğlu 2021-ci ildə "Ferrari"də olmayacaq

14 Dekabr, 11:49 Sosial mediada paylaşın:
“Ferrari” 2021-ci ildə Mik Şumaxerə dəvət göndərməyəcək.
Mətbuata açıqlama verən “Ferrari”nin rəhbəri Mattia Binotto Mixail Şumaxerin oğlu ilə bağlı qərar verməyə tələsmədiklərini söyləyib: “İndidən nəsə demək çətindir. Məsələ ondadır ki, 2021-ci ildə tam fərqli bolidlərlə mübarizə aparacağımızdan bizə təcrübəli pilotlar lazımdır. Amma onu da deyə bilərəm ki, Mik gələcəkdə “Ferrari” pilotu olmağa real namizəddir. Biz növbəti mövsüm Formula 2-də ondan çox şey gözləyirik”.