"Bavariya" Koutinyonu transfer etməyə tələsmir

14 Dekabr, 11:44 Sosial mediada paylaşın:
“Bavariya” Koutinyonun transfer hüququnun “Barselona”dan alınmasına tələsmir.
Almaniya mətbuatına açıqlama verən “Bavariya”nın baş direktoru Karl Haynts Rummenigge fikirləşmək üçün vaxta ehtiyacları olduqlarını söyləyib: “Koutinyonun müqaviləsində onu mövsümün sonunda heyətimizə qata biləcəyimizlə bağlı bənd var. Bizə bu qərarı vermək üçün vaxt lazımdır. Koutinyo əla futbolçudur, amma onun Almaniya futboluna uyğunlaşması üçün vaxta ehtiyacı var. Biz yeni oyunçularımıza həmişə vaxt vermişik”.
Xatırladaq ki, bu mövsüm braziliyalı futbolçu “Bavariya”da keçirdiyi 12 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

CANLI YAYIM