Pippen: "Mən indi “Hyuston”da oynasaydım hər oyuna orta hesabla 40 xal toplayardım”

13 Dekabr, 13:25 Sosial mediada paylaşın:
“Çikaqo”nun əfsanəvi oyunçusu Skotti Pippen “Hyuston”un oyunçusu Ceyms Harden haqda danışıb. O,  “Rokets”in liderinin topladığı xalların şişirdilməsinin əleyhinə olduğunu bildirib: “Mənim üçün Hardenin “Klivlend”lə oyunda 55 xal toplaması böyük qəhrəmanlıq deyil. İndiki basketbolun necə oynanmasını özünüz də yaxşı bilirsiniz.
Harden oyunun böyük hissəsində topu nəzarətində saxlayır. Onun üçün basketbol təkbətək oynanılan bir oyundur. Ceyms sadəcə komanda yoldaşını boş mövqedə görəndən sonra topu ona atır.  Harden hər oyun dayanmadan topu səbətə tərəf tuşlayır. Onun üçün 55 xal nədir ki?!
Şəxsən mən indi “Hyuston”da oynasaydım hər oyuna orta hesabla 40 xal toplayardım”.

CANLI YAYIM