Ronaldinyo: "Messi tarixin ən güclü futbolçusu deyil"

13 Dekabr, 13:05 Sosial mediada paylaşın:
“Barselona”nın sabiq futbolçusu Ronaldinyo Lionel Messi haqda maraqlı fikirlər səsləndirib.
O, mətbuata açıqlamasında Messini tarixin ən güclü futbolçusu kimi qələmə verməyin əleyhinə olduğunu söyləyib:  “Messiyə görə şadam. Hər halda, o mənim dostumdur.  Hər halda, o mənim sabiq komandam “Barselona”nın oyunçusudur.
Buna baxmayaraq, tarixin ən yaxşı oyunçularının müqayisəsinin də əleyhinəyəm. Məsələn, tarixdə Dieqo Maradona, Pele və Ronaldo kimi oyunçular olub. Messi tarixin ən güclü futbolçusu deyil, amma o öz dövrünün ən yaxşısıdır”.

CANLI YAYIM