Sane "Mançester Siti"də qalmaq istəmir

13 Dekabr, 11:33 Sosial mediada paylaşın:
Leroy Sane “Mançester Siti” ilə müqavilə müddətini yeniləməkdən imtina edib.
Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Belə ki, 23 yaşlı almaniyalı futbolçunun Mançester klubu ilə müqavilə müddəti 2021-ci ilin yayında başa çatır. Bu da o deməkdir ki, “şəhərlilər”  Saneni yayda satmasa,  2021-ci  Leroy komandasına heç nə qazandırmadan Mançesteri tərk edəcək.Sanenin “Mançester Siti” ilə müqavilə imzalamamasından istifadə edən “Bavariya” isə növbəti mövsüm onu asanlıqla  transfer edə bilər.
Xatırladaq ki, ötən yay Münhen klubu bundestimin üzvünü transfer etmək istəsə də,  “Mançester Siti” bu klubdan 100 milyon avro tələb etmişdi.

CANLI YAYIM