Qattuzoya lazım olmayan Lyorente "İnter"ə keçə bilər

13 Dekabr, 11:31 Sosial mediada paylaşın:
“İnter” “Napoli”nin hücumçusu Fernando Lyorenteni transfer etmək istəyir.
İtaliyanın “Tuttosport” nəşrinin məlumatına görə, “Napoli”nin yeni təyin olunan baş məşqşisi C ennaro Qattuzo 34 yaşlı ispaniyalı forvarda şans vermək fikrində deyil. “İnter”in baş məşqçisi Antonio Konte isə “Yuventus”da baş məşqçi olarkən Lyorente ilə birgə çalışıb. Hərçənd Fernando Milan klubuna keçsə, əsas heyətin üzvünə çevrilməyəcək. Konte ona Romelu Lukaku və Lautaro Martinesin əvəzedicisi gözü ilə baxır.
Xatırladaq ki, Lyorente bu yay “Napoli”yə azad agent statusu ilə “Tottenhem”dən “Napoli”yə keçmişdi.

CANLI YAYIM