Hemilton motosikletlə qəza törədib

12 Dekabr, 13:45 Sosial mediada paylaşın:
"Mercedes"in pilotu "Formula 1" üzrə 6 qat dünya çempionu Lüis Hemilton "Yamaha" markalı motosikletlə qəza törədib.
Maraqlıdır ki, həmin nəqliyyat vasitəsinin sahibi MotoGP üzrə 7 qat dünya çempionu Valentino Rossi idi. Hemilton və Rossi İspaniyanın Valensiya şəhərindəki avtodromda reklam tədbiri zamanı öz maşınlarını müvəqqəti dəyişmişdilər.
Hadisə nəticəsində Britaniyalı pilot özü zərər çəkməyib.

CANLI YAYIM