Şəhriyar ilk görüşündə heç-heçə oynayıb

12 Dekabr, 13:01 Sosial mediada paylaşın:
İsrailin Yerusəlim şəhərində “Grand Prix 2019” seriyasının sonuncu mərhələsinin ilk turunun görüşləri keçirilib.
Ölkəmizi bu turnirdə təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarov 1/8 final mərhələsində Rusiya təmsilçisi Dmitri Yakovenko ilə qarışlaşıb. İlk görüşdə tərəflər heç-heçəyə razılaşıb.
Xatırladaq ki, turnirin finalçıları İddiaçılar turnirinə lisenziya əldə edəcək.