Çempionlar Liqasında yeni rekord müəyyənləşib

12 Dekabr, 12:32 Sosial mediada paylaşın:
Çempionlar Liqasının qrup mərhələsinin oyunları basa çatıb. Bu mövsüm qrup mərhələsində 308 qol vurulub ki, bu da ÇL-in rekord göstəricidir. Buna qədər ən yaxşı nəticə 2 mövsüm öncə qeydə alınmışdı. Belə ki, 2017/18 mövsümündə turnirin qrup mərhələsində 306 qol vurulmuşdu.
Bu mövsüm qrup mərhələsində ən çox qol vuran komanda isə “Bavariya” olub – 24. Bu qolların 10-u isə komandanın polşalı hücumçusu Robert Levandovskinin payına düşüb.
Bununla yanaşı, qrup mərhələsində ən çox qol 76-90-cı dəqiqələr aralığında vurulub. – 62 qol.  61-75-ci dəqiqələr arasında isə komandalar 51 dəfə fərqlənib.

CANLI YAYIM