Qətərda futbol üzrə klublararası dünya çempionatı başlanır

11 Dekabr, 16:14 Sosial mediada paylaşın:
Bu gün Qətərda futbol üzrə klublararası dünya çempionatı başlanır.
Yarışda 7 komanda iştirak edir. UEFA Çempionlar Liqasının qalibi “Liverpul” və Libertadores kubokunun çempionu “Flamenqo” turnirə yarımfinal mərhələsindən qoşulacaq.
Bu gün keçiriləcək ilk mərhələdə yarışın ev sahibi Qatar çempionu “Əl Sadd” Okeaniya hövzəsinin ən güclüsü Yeni kaledoniyanın “İanqen” klubunu qəbul edəcək. Bu cütün qalibi 2-ci mərhələdə CONCACAF zonasının çempionu Meksika təmsilçisi Monterrey ilə qarşılaşacaq.
2-ci mərhələnin digər oyununda Asiya çempionlar liqasının qalibi Səudiyyə Ərəbistanıbn "Əl Рilal" komandası Afrika qitəsinin ən yaxşısı Tunis təmsilçisi "Esparenas" ilə qarşılaşacaq. Bu mərhələnin oyunları dekabrın 14-ə təyin edilib. UEFA Çempionlar Liqasının qalibi “Liverpul” və Libertadores kubokunun çempionu “Flamenqo” turnirə yarımfinal mərhələsindən qoşulacaq.
Turnirə dekabrın 21-də yekun vurulacaq. Maraqlıdır ki, "Flamenqo" sonuncu dəfə 1981-ci ildə bu turnir Qitələrarası Kubok adalananda həlledici oyunda iştirak etmişdi. 38 il əvvəl Braziliya komandası məhz "Liverpul"a qalib gələrək fəxri mükafata sahib çıxmışdı. Mersisaydlıların isə 2 dəfə Qitələrarası Kubokda, 1 dəfə isə klublarası mundialda iştiaerk etsıələr də, titul qazana bilməyiblər.

CANLI YAYIM