Jan Totd Formula 1-də 12 komandanın mübarizə aparmasını istəyir

11 Dekabr, 13:46 Sosial mediada paylaşın:
FİA prezidenti Jan Totd Formula 1-də 12 komandanın mübarizə aparmasını istəyir.
Buna rəğmən “Motorspor Week” nəşrinə açıqlama verən avtoidman funksioneri reallıqla barışmalı olduqlarını da söyləyib: “Mən Formula 1-də 12 komandanın mübarizə aparmasını istəyərdim. Əslində bu yarışda iştirak etmək istəyən avtoidman komandalarından təklif alırıq, amma biz onların məqsədinin nə dərəcədə ciddi olmasını da müəyyənləşdirməliyik. Ümumilikdə götürsək, 12 komanda ən ideal variant olardı. Amma 10 komanda ilə də işlər pis getmir”.

CANLI YAYIM