Şəhriyar Məmmədyarov “Grand Prix 2019” seriyasının sonuncu mərhələsində mübarizə aparacaq

9 Dekabr, 17:07 Sosial mediada paylaşın:
Dekabrın 10-dan 24-dək İsrailin Qüds/Yerusəlim şəhərində “Grand Prix 2019” seriyasının sonuncu mərhələsi keçiriləcək.
IDMANTV.AZ xəbər verir ki, ölkəmizi bu turnirdə iddiaçılar turnirinə vəsiqə qazanmaq uğrunda yaxşı şansları olan Şəhriyar Məmmədyarov təmsil edəcək. Ümumi hesabda 10 xalla üçüncü pillədə qərarlaşan Ş.Məmmədyarovu rusiyalı Aleksandr Qrişuk (20 xal) və fransalı Maksim Vaşye-Laqrav (13 xal) qabaqlayır.
Qeyd edək ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov səhhəti ilə əlaqədar olaraq “Grand Prix 2019” seriyasının dördüncü mərhələsində iştirak etməyəcək.