"Milan" "Bolonya"nı 3 topla məğlub etdi

9 Dekabr, 16:08 Sosial mediada paylaşın:
Bazar günü A seriyasında keçirilən 6 oyunun yalnız birində meydan sahibi qalib gəlib.
Belə ki, orta sıralarda qərarlaşan “Torino” mövsümə heç də yaxşı başlamayan “Fiorentina”nı məğlub etməyi bacarıb. Günün böyük maraqla gözlənilən görüşündə isə “Milan” səfərdə “Bolonya”dan üstün olub.
Hələ də elitada qalmaq uğrunda yarışan “Sampdoriya” isə öz meydanında “Parma”ya uduzub. ÇL zonasında qərarlaşan  “Kalyari” isə "Sassuolo"  ilə oyunda 2 top fərqi ilə geridə olsa da, son saniyələrdə məğlubiyyətdən qaçıb.
İtaliya A Seriyası
15-ci tur8 dekabr
Leççe – Cenoa 2:2
Falko, 60. Tabanelli, 70 – Pandev, 31. Krişito, 45+5-pen.
Sassuolo – Kalyari 2:2
Berardi, 7. Dyuriçiç, 36 – J.Pedro, 51. Raqatzu, 90.
SPAL – Breşiya 0:1
Balotelli, 54.
Torino – Fiorentina 2:1Zaza, 22. Ansaldi, 72 – Kaseres, 90+1.
Sampdoriya – Parma 0:1
Kuçka, 21.
Bolonya – Milan 2:3
T.Hernandes, 40-öz qapısına. Sansone, 84-pen – Pyontek, 15-pen. T.Hernandes, 32. Bonaventura, 46.

CANLI YAYIM