"Neftçi" "Qarabağ"a bir qədər də yaxınlaşdı

9 Dekabr, 15:34 Sosial mediada paylaşın:
Bazar günü Azərbaycan premyer-liqasında keçirilən 3 görüşlə 2-ci dövrəyə yekun vuruldu.
Cümə günü “Qarabağ”ın xal itkisindən istifadə edən “Neftçi” Masazırda “Sabah”ı 2 cavabsız qolla məğlub edib. Beləliklə də, paytaxt təmsilçisi Ağdam klubu ilə xal fərqini 6-ya endirib.
Ötən tur “Neftçi”ni büdrədən autsayder “Səbail” isə səfərdə “Zirə” qarşısında darmadağın olub. “Sumqayıt” – “Qəbələ” oyununda isə qalib müəyyənləşməyib.
Azərbaycan Premyer Liqası
14-cü tur
8 dekabr
Zirə – Səbail 4:1
N.Süleymanov, 5; 20. A.Skarlatake, 60. T.Mütəllimov, 89 - E.D.Silva, 78.
Sabah – Neftçi 0:2
A.Krivotsyuk, 45+2. S.Monroz, 90+2.
Sumqayıt – Qəbələ 1:1
P.Babayi, 31-pen - F.Lopes, 23.

CANLI YAYIM