Məhəmmədrəsul Məcidov nokautla qalib gəldi, Coşua kəmərləri qaytardı

8 Dekabr, 13:25 Sosial mediada paylaşın:
Azərbaycanın peşəkar boksçusu Məhəmmədrəsul Məcidov növbəti dəfə qələbə qazanıb.
Səudiyyə Ərəbistanının “Diriyah Arena” idman kompleksində Böyük Britaniya təmsilçisi Tom Littl ilə üz-üzə gələn 33 yaşlı M.Məcidov rəqibinə texniki nokautla qalib gəlib. Qeyd edək ki, bu, həvəskarlar arasında üçqat dünya çempionu olan M.Məcidovun peşəkar rinqdə ikinci görüşüdür.  İdmançımız hər iki görüşü nokautla qalib gəlib.
Günün əsas görüşündə isə Entoni Coşua Endi Ruisi məğlub edərək yenidən kəmərləri özünə qaytarıb.

CANLI YAYIM