"Qalatasaray"ın üzü Belhanda ilə güldü

8 Dekabr, 13:09 Sosial mediada paylaşın:
Şənbə günü Türkiyə superliqasında 3 oyun keçirilib.
“Qalatasaray” “Alanyaspor”u 21-ci dəqiqədə Belhandanın qolu ilə məğlub edərək ardıcıl 2 oyundan sonra ilk qələbəsini qazanıb. Çempionatın lideri “Sivasspor” isə səfərdə “Yeni Malatyaspor”dan üstün olub. Beləliklə də 9-cu turda İstanbulda “Qalatasaray”a 0:2 hesabı ilə uduzan “Sivasspor” ardıcıl 5-ci qələbəsini qazanıb.
Türkiyə Super Liqası
14-cü tur  
7 dekabr
Yeni Malatyaspor – Sivasspor 1:3
Gilyerme, 37 – H.Arslan, 26. M.Yandaş, 30. E.Kılınc, 54.
Ankaragücü – Göztəpə 1:3
İ.Parlak, 31 – H.Akbunar, 1. S.Gürler, 47; 58.
Qalatasaray – Alanyaspor 1:0
Belhanda, 21.

CANLI YAYIM