PSG 7 dəqiqəyə vəziyyəti dəyişdi

8 Dekabr, 12:53 Sosial mediada paylaşın:
Şənbə günü Liqa 1-də 17-ci turun oyunları keçirilib.
Səfərdə “Monpelye” ilə qarşılaşan PSG fasilə ərəfəsində hesabda geriyə düşüb. İkinci hissədə təşəbbüsü ələ alan parislilər matçın sonlarına yaxın 7 dəqiqə ərzində 3 qol vuraraq meydanı qələbə ilə tərk edib.
Çempionata heç də yaxşı başlamayan “Monako” isə “Amyen”i məğlub edərək ardıcıl 2-ci qələbəsini qazanıb.
Fransa Liqa 1
17-ci tur  
7 dekabr
Monpelye – PSJ 1:3
Paredes, 41-öz qapısına – Neymar, 74. Mbappe, 76. İkardi, 81.
Monako – Amyen 3:0
Ben Yedder, 62. Maripan, 66. Keyta, 69.
Nitsa – Mets 4:1
Siprien, 9; 41-pen. Qanaqo, 59. Melu, 75 – Niane, 74.
Renn – Anje 2:1
Nyanq, 24; 80 – Alioui, 90+2.
Strasburq – Tuluza 4:2
Kone, 7. Tomasson, 26. Ayorke, 48. Motiba, 75 – Mirin, 3. Said, 50.

CANLI YAYIM