Messi yenə "Barsa"ya qələbə qazandırdı

8 Dekabr, 12:13 Sosial mediada paylaşın:
Şənbə günü İspaniya çempionatının liderləri meydanı qələbə ilə tərk edib.
Günün açılış matçında "Real" "Santyaqo Bernabeu"da "Espanyol"u hər hissədə vurduğu qolla məğlub edib. Son çempion "Barselona" isə "Nou Kamp"da "Malyorka"nı Messinin het-triki sayəsində darmadağın edib.
Bir ara çempionatın lideri olan "Qranada" da "Alaves"i darmadağın etməyi bacarıb. Günün mərkəzi görüşü isə "Syudad de Valensiya"da keçirilib. Valensiya derbisində şəhərin eyniadlı komandası görüşün əvvəlində qapısında 2 top görsə də, sonda meydanı qələbə ilə tərk edib.
İspaniya La Liqası
16-cı tur
7 dekabr Real – Espanyol 2:0 
Varan, 37. Benzema, 79.
Qranada – Alaves 3:0Fernandes, 48. Soldado, 58. Herrera, 77.
Levante – Valensiya 2:4
Rocer, 11; 20 – Rocer, 45+3. Qameyro, 57; 59. Torres, 88.
Barselona – Malyorka 5:2
Qrizmann, 7. Messi, 17; 41; 83. L.Suares, 43 – Budimir, 35; 64.

CANLI YAYIM