"Yuventus" daha məğlubiyyətsiz deyil

8 Dekabr, 11:52 Sosial mediada paylaşın:
Şənbə günü İtaliya A seriyasına 15-ci turun 3 görüşü keçirilib.
Romada baş tutan turun mərkəzi matçında "Latsio" "Yuventus"u məğlub edərək ardıcıl 7-ci qələbəsini qazanıb.Turinlilər isə cari mövsüm ilk dəfə məğlubiyyət acısı yaşayıb.
"Napoli"nin isə enişi davam edir. Karlo Ançelottinin yetirmələri səfərdə "Udineze" ilə bacarmayıb. Beləliklə də neapolluların A seriyasında qələbəsiz oyunlar seriyası 7-yə yüksəlib. İtaliyanı Çempionlar Liqasında təmsil edən "Atalanta" isə evdə "Verona"nı son dəqiqə qolu ilə məğlub edib.
İtaliya A Seriyası
15-ci tur
7 dekabr Atalanta – Verona 3:2
Malinovski, 44. Muriel, 64. Djimsiti, 90+3 – Di Karmine, 23; 57.
Udineze – Napoli 1:1
Lasanya, 32 – Zelinski, 69.
Latsio – Yuventus 3:1
L.Felipe, 45+1. Saviç, 74. Kaysedo, 90+5 – Ronaldo, 25.

CANLI YAYIM