Mançester derbisində "Yunayted" sevindi

8 Dekabr, 11:26 Sosial mediada paylaşın:
Şənbə günü İngiltərə çempionatında 16-cı turun oyunları keçirilib.
Turun mərkəzi görüşündə “Mançester Yunayted” “Etihad”da “Mançester Siti”ni məğlub edərək rəqibinin çempionluq şanslarını daha da çətinə salıb. Bu qələbə ilə, Ole Qunnar Sulşerin komandası ÇL zonasına bir qədər də yaxınlaşıb.
“Çelsi” isə “Qudison Park”da “Everton”a məğlub olaraq ardıcıl ikinci məğlubiyyəti ilə üzləşib. Lider “Liverpul”a gəlincə, Yürgen Kloppun yetirmələri səfərdə “Bornmut” çətinlik çəkmədən məğlub edib.
İngiltərə premyer liqası
16-cı tur
7 dekabr Everton – Çelsi 3:1
Rişarlison, 5. Kalvert-Lyuin 49; 84 – Kovaçiç, 52
Bornmut – Liverpul 0:3
Oksleyd-Çemberlen, 35. Keyta, 44. Salah, 54.
Tottenhem – Bernli 5:0
Keyn, 5; 54. Moura, 9. Son Hın Min, 32. Sissoko, 74.
Uotford – Kristal Pelas 0:0
Mançester Siti – Mançester Yunayted 1:2
Otamendi, 85 – Reşford, 23-p. Marsial, 29.  

CANLI YAYIM