Taekvondoçumuz Tokio-2020-yə lisenziya qazanıb

7 Dekabr, 15:17 Sosial mediada paylaşın:
Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani gələn il Tokioda keçiriləcək  Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Belə ki, buna qədər iki dəfə dünya çempionu olan idmançımız Moskvada keçirilən Qran-prinin finalına yüksəlməklə bu hüquqa yiyələnib.  80 kq çəkidə yarışan taekvondoçumuz reytinqindəki mövqeyinə əsasən Tokioda millimiz heyətində yer alacaq.
Hazırda dünyada ikinci olan Olimpiya mükafatçısının lisenziyası dekabrın sonunda rəsmiləşəcək. İlin son reytinqinə əsasən Olimpiadaya yollanacaq ilk taekvondoçuların adları da dəqiqləşəcək. 

CANLI YAYIM