Mustafa Dənizli "Traktor"dan ayrılıb

7 Dekabr, 15:06 Sosial mediada paylaşın:
İranın "Traktor" klubunun baş məşqçisi Mustafa Dənizli klubdan ayrılıb.
Bu barədə Təbriz klubunun mətbuat xidməti məlumat yayılıb. "Traktor" rəhbərliyi türkiyəli mütəxəssislə qarşılıqlı şəkildə müqaviləyə xitam verib.
Xatırladaq ki, Dənizli bu yay "Traktor"la 5 illik müqavilə imzalamışdı. Ancaq komandanın İran çempionatında zəif çıxışı klub rəhbərliyini qane etməyib. "Traktor"un 16 xalla 8-ci sırada qərarlaşdığını da vurğulayaq.

CANLI YAYIM