Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

7 Dekabr, 12:36 Sosial mediada paylaşın:
Dekabrın 6-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.  
Sərbəst güləşçilərdən Əfqan Xaşalov (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Ömərov (74 kq), Abubakr Abakarov (79 kq), Osman Nurməhəmmədov (86 kq), Şamil Zubairov (92 kq), Sənan Əlizadə (97 kq) və Roman Bəkirov (130 kq) qızıl medal qazanıblar Yunan-Roma güləşi üzrə isə İbrahim Nurullayev (55 kq), Sakit Quliyev (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə (72 kq), Tuncay Vəzirzadə (77 kq), Elvin Mürsəliyev (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Oyan Nəzəriani (130 kq) Azərbaycan çempionu olublar.