Gimnastlarımız Rusiyada 7 medal qazanıb

6 Dekabr, 16:28 Sosial mediada paylaşın:
Azərbaycanın kişilərdən ibarət idman gimnastikası üzrə milli komandası Rusiyanın Obninsk şəhərində Larisa Latinina adına beynəlxalq turnirdə 7 medal qazanıb.
İDMANTV.AZ xəbər verir ki, Səməd Məmmədli halqalar və turnikdə bütün rəqiblərini üstələyərək 1-ci olub. O, dayaqlı tullanma alətində çıxışına görə 3-cü yeri tutub. Rəsul Əhmədzadə isə sərbəst hərəkətlərdə 3-cü olub. Böyüklərin yarışında ən yaxşı nəticəni Cavidan Babayev göstərib. O, halqalarda 2-ci, sərbəst hərəkətlərdə isə 3-cü olub. Sərvər Əliyev paralel qollarda çıxışına görə 3-cü yerdə qərarlaşıb. Azərbaycan millisi komanda hesabında 3-cü olub.