Eden Hazar “El Klassiko”nu buraxacaq

6 Dekabr, 11:00 Sosial mediada paylaşın:
İspaniyanın “Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Eden Hazard “El Klassiko”nu buraxacaq.
İDMANTV.AZ xəbər verir ki, UEFA Çempionlar liqasının qrup mərhələsinin beşinci turunda “Paris Sen-Jermen” komandası ilə matçın 68-ci dəqiqəsində zədələnən 28 yaşlı belçikalı yarımmüdafiəçinin ayağında mikro-qırıq olduğu müəyyənləşib.
Onun 6-8 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. Bu səbəbdən Eden Hazard qarşıdakı bir neçə oyunu, eləcə də, “Barselona” ilə “El Klassiko”nu buraxacaq.
“Barselona” – “Real” qarşılaşması dekabrın 18-də “Nou Kamp”da keçiriləcək.
Qeyd edək ki, Kral klubunun bu yay “Çelsi”dən 100 milyon avroya transfer etdiyi futbolçu cari mövsüm bütün turnirlərdə 13 oyuna çıxıb və cəmi 1 qol vurub.

CANLI YAYIM