Şahmatçılarımız Avropa çempionatında mübarizəyə başlayıblar

5 Dekabr, 16:41 Sosial mediada paylaşın:
Dekabrın 5-də Estoniyanın paytaxtı Tallinndə rapid üzrə Avropa çempionatı start götürüb.
İDMANTV.AZ xəbər verir ki, ölkəmizi qitə çempionatında 4 şahmatçı - Qədir Hüseynov, Rauf Məmmədov, Rəfael Bayramlı və Yusif Kərimli təmsil edirlər. İki gün davam edəcək turnirə 34 ölkədən 474 şahmatçı qatılıb ki, onlardan da 47-si qrossmeysterdir. İsveçrə sistemi üzrə keçirilən yarış 13 turdan ibarət olacaq.

CANLI YAYIM