Rakitiç "Barselona"da qalmaq istəyir

4 Dekabr, 15:07 Sosial mediada paylaşın:
“Barselona”nın futbolçusu İvan Rakitiç gələcəyi haqda danışıb.
 
Xorvatiyalı yarımmüdafiəçi oynayacağı təqdirdə komandada qalmaq istədiyini bildirib:
 
“Daim heyətdə olmaq istəyirəm. Əgər oynaya bilsəm, mənim üçün “Barselona”dan daha yaxşı bir yer yoxdur. Hər günümün dadını çıxarmaq istəyirəm”.
 
İvan Rakitiç 2014-ci ildən “Barselona”nın formasını geyinir. Son vaxtlar heyətə düşməkdə çətinlik çəkən 31 yaşlı futbolçunun “İnter”ə keçəcəyi haqda xəbərlər yayılıb.

CANLI YAYIM