Lionel Messi: “Ronaldo “Qızıl top” sayında mənə çatanda pis olmuşdum”

4 Dekabr, 10:10 Sosial mediada paylaşın:
“Barselona”nın kapitanı Lionel Messi “Yuventus”un futbolçusu Kriştiano Ronaldo ilə aralarındakı "Qızı top" rəqabətindən danışıb.
 
Argentinalı hücumçu Ronaldonun 5-ci dəfə "Qızı top"u qazandığı zaman məyus oduğunu etiraf edib: “5 dəfə “Qızıl top”u qazanan yeganə futbolçu olduğum üçün özümü qiymətləndirirdim. Etiraf etməliyəm ki, Ronaldo mükafat sayında mənə çatanda kədərlənmişdim. Çünki zirvədə tək deyildim”.
 
Qeyd edək ki, L.Messi ötən gün karyerası ərzində 6-cı dəfə “Qızıl top”u qazanıb. Ronaldo isə 5 dəfə bu mükafata layiq görülüb.

CANLI YAYIM