"Benfika" müdafiəçisinə 100 milyon avro qiymət qoydu

3 Dekabr, 14:38 Sosial mediada paylaşın:
“Benfika” futbolçusu Ruben Diasın müqavilə müddətini artırıb.
 
22 yaşlı müdafiəçi ilə 2024-cü ilə qədər yeni sözləşmə imzalanıb. Diasın müqaviləsinə 100 milyon avroluq sərbəst qalma maddəsi əlavə olunub.
 
Müdafiəçi bu mövsüm “Benfika”da 18 oyuna çıxıb. Klubun yetirməsi olan Dias Portuqaliya millisinin üzvüdür.

CANLI YAYIM