"Liverpul" 30 il əvvəlki rekordunu yenilədi

2 Dekabr, 10:39 Sosial mediada paylaşın:
"Liverpul" Premyer Liqada ardıcıl 31 matçda məğlub olmamaqla rekordunu yeniləyib.
 
"Mersesaydlılar" 11 aydır uduzmur. İngiltərə klubu  bu nəticə ilə 31 il öncəki - 1987-1988-ci illər mövsümündəki rekordunu yeniləyib. "Qırmızılar" növbəti turda "Everton"a məğlub olmasalar, klub tarixinin yeni rekordunu müəyyənləşdirəcəklər.
 
Qeyd edək ki, "Liverpul" hazırda Premyer Liqanın turnir cədvəlində  40 xalla vahid liderdir.