Dünya çempionatında Şərif Şərifovu udan güləşçi Şeyx Şamilin portretinə görə cəzalandırılıb

2 Dekabr, 10:30 Sosial mediada paylaşın:
Sərbəst güləş üzrə rusiyalı olimpiya və 4 qat dünya çempionu Abdulrəşid Sadulayev davranış və əxlaq qaydalarını pozduğu üçün 4 ay müddətinə diskvalifikasiya olunub.
 
23 yaşlı pəhləvan yarış vaxtı siyasi və dini baxışlarını ifadə etməsi səbəbindən cəzalandırılıb.
 
14 - 22 sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatı vaxtı Sadulayev Şeyx Şamilin portreti olan futbolkasını nümayiş etdirib. O, 97 kq çəki dərəcəsi üzrə final görüşündə Azərbaycan təmsilçisi Şərif Şərifova qalib gələrək, qızıl medal qazanıb.
 
Cəza müddəti 21 yanvar 2020-ci ilədəkdir. Rusiyalı pəhləvan pul cəriməsinə də məruz qalıb. O, tutduğu hərəkətə görə üzr istəyib.