“Azərbaycanda oynamaq bizə qürur verəcək”

1 Dekabr, 17:24 Sosial mediada paylaşın:
Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir Avro-2020-in püşkatmasını şərh edib.
 
O, deyib: “Bizim məqsədimiz final mərhələsinə düşmək idi. Yaxşı qrupa düşdük. Bakı öz evimiz sayılır. Hər zaman deyirik, bir millət, iki dövlətik. Yaxşı komandamız var. Azərbaycanda oynamaq bizə qürur verəcək. İtaliyanı tariximizdə məğlub edə bilməmişik. Onlar seçmə mərhələdə qrupda 10 oyunun hamısında qalib gəliblər. İtaliyaya ilk məğlubiyyəti yaşatmaq istəyirik. Futbolçularımıza və baş məşqçimizə çox güvənirik. Azərbaycanda öz evimizdəki kimi oynayacağıq. İnşallah, yaxşı nəticə qazanarıq”.
 
 Xatırladaq ki, püşkün nəticəsinə əsasən, Türkiyənin də yer aldığı A qrupunun aşağıda qeyd edilən 3 oyunu Bakıda keçiriləcək.
 
13 iyunUels - İsveçrə
 17 iyunTürkiyə - Uels
 21 iyunİsveçrə - Türkiyə
 A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.

CANLI YAYIM